Generatorların, stabilizatorların,
elektrik mühərriklərin, UPS-lərin təmiri, servisi və satışı.

Haqqımızda

2019-cu ildə təsis edilmiş Şahin Elektrik MMC generatorların, stabilizatorların, elektrik mühərriklərinin, ups-lərin təmiri, servisi və satışı üzrə fəaliyyətə başlamışdır. Qısa müddətdə formalaşdırdığımız gənc, enerjili və yüksək ixtisaslı komandamız  menecment, satış, marketinq, sifarişlərin işlənməsi, texniki servis ən müxtəlif tapşırıqların və layihələrin icrasını ölkəmizdə uğurla həyata keçirməkdədir.

Məhsul portfelimizdə, bütün dünyada tanınan və məhsulları ilə öz sektorunda aparıcı mövqeyə malik şirkətlərin müxtəlif növ məhsulları yer almaqdadır. Təlim keçmiş və təcrübəli mütəxəssislər qrupumuz, bu geniş məhsul çeşidlərindən müştərilərimizin müxtəlif arzu və ehtiyaclarını asanlıqla təmin edə və ən qısa müddətdə onlar üçün ən uyğun məhsulu seçə bilməkdədir.

Mütəxəssislərimiz təmir və servisə ehtiyacı olan avadanlıqlara 24/7 texniki qulluq və servis xidmətləri göstərir.

Xidmətlər

Maintenance Icon

SATIŞ

Şirkətimiz layihədə təqdim edilən istənilən avadanlığı yerli və xarici bazardan Sizə “birinci əl” prinsipi ilə təmin edərək layihənin dəyərinin bir xeyli aşağı salmağa imkan yaradacaq. Ehtiyat hissə və aksesuarların operativ şəkildə çatdırılması texniki qulluq və təmir işlərinin sürətinə müsbət təsir edəcəkdir.

Maintenance Icon

QURAŞDIRMA

Hər bir avadanlıq düzgün quraşdırılmadığı təqdirdə öz funksionallığını təmin edə bilməz. Düzgün və keyfiyyətli montaj isə ixtisaslı, təcrübəli və tam material-texniki bazaya malik texniki işçi heyətinin olmasını şərtləndirir. Şahin Elektrik şirkəti məhz bu kriteriyalara cavab verən texniki personal heyətinə malikdir. Daim öz üzərində çalışma, mütamadi treninq və təcrübə mubadiləsi texniki heyətin daim inkişaf edən texnologiya bazarından xəbərdar olmasını təmin edir.

Maintenance Icon

TEXNİKİ QULLUQ VƏ SERVİS

Generatorların, stabilizatorların, elektrik mühərriklərinin, UPS-lərin istehsalçı tərəfindən müəyyən edilmiş qaydada dövri texniki qulluğa ehtiyacı vardır. Vaxtlı-vaxtında göstərilən texniki qulluq işləri avadanlığın iş resursunu artırar, qəfil sıradan çıxmaları minimuma endirmiş olar ki, bu da son nəticədə nəzərdə tutulmayan xərclərdən Sizi xilas etmiş olar. Bizim ixtisaslı işçi briqadaları öz material-texniki bazaları ilə istənilən avadanlığa texniki qulluq işlərini yüksək səviyyədə həyata keçirmək imkanlarına malikdirlər.

Niyə biz?

Nəticəyə zəmanət

Məhsullarımıza və Servis xidmətlərimizə zəmanət veririk. Komandamızda yalnız peşəkarlar çalışır.

37 şirkət

Bu şirkətlər məhz bizimlə əməkdaşlığa üstünlük verdi. Çünki, bütün işləri vaxtında və keyfiyyətli edirik.

Mobillik

Sifarişləri dərhal cavablandırırıq. Ofisdə, şəxsən görüşdə və telenfon vasitəsilə də servislə bağlı konsultasiya keçiririk.

91

Müştəri

114

Layihə

1,364

Saat Təhlükəsiz İş

4

Mütəxəssis

SİZƏ NECƏ KÖMƏK EDƏ BİLƏRİK?

Tərəfdaşlar